Parisdə atəşkəs danışıqlarının bərpası ilə bağlı danışıqlar aparılıb


Qəzzada atəşkəs üçün səylər davam edir.


İsrail mediası atəşkəs danışıqlarının bərpası ilə bağlı danışıqların Fransada aparıldığını yazıb. İclasda İsrail, ABŞ və Qətər rəsmilərinin iştirak etdiyi bildirilib. Atəşkəs danışıqlarının bərpası və əsirlərin mübadiləsinin müzakirə edildiyi qeyd edilib.

Görüşdə Mossadın direktoru Devid Barnea, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tanin iştirak edib.

Hadisə ilə bağlı HƏMAS-dan heç bir açıqlama verilməyib.

HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Qəzza zolağında mayın 6-da atəşkəslə bağlı Qətər və Misirə edilən təklifləri bəyəndiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu