"SpaceX" dördüncü "Starship"in buraxılış tarixini açıqladı


“Starship” təkrar istifadə edilə bilən nəqliyyat sisteminin dördüncü buraxılışı iyunun 6-da baş tutacaq.


"ArsTechnica" xəbər verir ki, buraxılış tarixi "SpaceX" tərəfindən açıqlanıb.

Gəminin buraxılış pəncərəsi iyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da açılacaq. Gəminin ABŞ-ın Texas ştatındakı Starbase kosmodromundan buraxılması planlaşdırılır.

Şirkət ABŞ Federal Aviasiya Administrasiyasından icazə aldıqdan sonra sistemi işə salmaq qərarına gəlib.

"SpaceX" ümid edir ki, dördüncü uçuş sınağı zamanı "Starship"in iki mərhələsi - "Super Heavy" raketi və "Starship" kosmik gəmisi uğurla yumşaq sıçrayış edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu