ABŞ “Minuteman III” qitələrarası ballistik raketinin təlim buraxılışını həyata keçirib


ABŞ çərşənbə axşamı Amerika Kosmik Qüvvələrinin Vanderberq bazasından “Minuteman III” qitələrarası ballistik raketinin növbəti təlim buraxılışını həyata keçirib.


AFN.az xəbər verir ki, bu barədə TASS ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığının saytına istinadən məlumat yayıb.

"Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı “Minuteman III” qitələrarası ballistik raket başlığının sınaq buraxılışını həyata keçirib”, – deyə bazanın saytında dərc edilən bəyanatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu