Aİ XİN başçıları İsraili ICJ-nin qərarlarına əməl etməyə çağırıblar


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İsraili Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarlarına əməl etməyə çağırıblar.


Həmçinin İsrail resursların Fələstin administrasiyasına ötürülməsinə, Birləşmiş Millətlər Təşkilatının Fələstinə Yardım və İşlər üzrə Agentliyinin fəaliyyətinə mane olmağın dayandırılmasına dəvət edilib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra mətbuata açıqlama verib.

Dünən gecə İsrail ordusunun Rəfah şəhərində məcburi köçkün fələstinlilərin düşərgəsinə təşkil etdiyi hücumu qətiyyətlə pislədiyini bildirən Borrell bu hücumun Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin hücumlarını dayandırmasını tələb edən yeni əmrlərindən sonra baş verdiyinə diqqət çəkib.

AB xarici işlər nazirlərinin AB Sərhəd Yardım Missiyasının (EUBAM) Rəfahda yerləşdirilməsinə razılıq verdiyini ifadə edən Borrell, bu missiyanın uzun müddətdir fəaliyyət göstərmədiyini və Fələstin rəhbərliyi, Misirin Qəzzaya şəxsi heyətin giriş-çıxışını asanlaşdıra biləcəyini söyləyib.

Borrell bildirib ki, nazirlər həmçinin yekdilliklə Aİ-İsrail Assosiasiya Şurasının çağırılması və tərəflər arasında razılaşmada nəzərdə tutulan insan haqları və demokratik prinsiplərlə bağlı öhdəlikləri onlara xatırladıblar.

Bəzi AB üzvləri öhdəliklərin İsrail tərəfindən uzun müddət pozulduğunu əsas gətirərək Aİ-nin sazişdən çıxması lazım olduğunu iddia ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu