Cozef Borel: 1,7 milyon fələstinlinin qaçmağa yeri yoxdur


AB-nin Ali Nümayəndəsi Borrell 1,7 milyon fələstinlinin qaçmağa yeri olmadığını və İsrailin Rəfaha hücumunun qarşısını almaq üçün ona təzyiqlərin davam etməli olduğunu bildirib.


Borrell Brüsseldə Aİ ölkələrinin inkişaf nazirlərinin qeyri-rəsmi toplantısının girişində mətbuata açıqlama verib.

İclasda Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) baş komissarı Filip Lazzarininin də iştirak edəcəyini və Qəzzadakı humanitar böhranla bağlı son vəziyyətin müzakirə ediləcəyini bildirən Borrell qeyd edib ki, Aİ Misir sərhədindəki vəziyyətdən çox narahatdır: "Görünən odur ki, İsrail tərəfindən yeni əməliyyat keçirilir. İsrailin baş naziri Benyamin Netanyahu 1,7 milyon insanın hara təxliyə edilə biləcəyini demədən təxliyyə olunmasını istəyir".

Borrell dünən həm özünün, həm də AB ölkələrinin xarici işlər nazirlərinin İsraildən Misir sərhədində fələstinlilərə yardım axınına mane olmamasını tələb edən çoxlu mesajlar dərc etdiklərini xatırladıb: "Biz indi narahatlığımızı ifadə etməkdən başqa nəsə etməliyik. İndi bir çox insanlar deyir ki, İsrailin hərəkətləri mütənasib deyil və ölənlərin sayı dözülməzdir. Hətta bunu İsrailin ən böyük dəstəkçisi ABŞ prezidenti Bayden də dilə gətirib".

Borrell bildirib ki, AB İsrailə silah vermir: "Əgər ölənlərin sayının çox olduğunu düşünürlərsə, bəlkə də onu az saxlamaq üçün edə biləcəkləri bir şey var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu