Yaponiya Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirir
Yaponiya hökuməti Yaxın Şərqdə sülh prosesinin irəliləyişini nəzərə alaraq Fələstin dövlətinin tanınması məsələsini hərtərəfli qiymətləndirəcəyini bəyan edib.
Yaponiyanın xarici işlər naziri Kamikava Yoko paytaxt Tokioda keçirdiyi mətbuat konfransında Yaxın Şərqdə iki dövlətli həlli dəstəklədiklərini bildirib.
Kamikava fələstinlilərin müstəqil dövlət qurmaq məqsədini anladıqlarını və Yaponiyanın Fələstinin bu məqsədə yönəlik səylərini dəstəklədiyini bildirib.
Tərəflər arasında güvən yaratmağa çalışdıqlarını qeyd edən Kamikava, "Fələstin dövlətinin tanınması ilə bağlı sülh prosesinin necə irəliləyə biləcəyini nəzərə alaraq, bu məsələni hərtərəfli qiymətləndirməyə davam edəcəyik" deyib.
Kamikava bəyan edib ki, onlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant üçün həbs orderi vermək üçün müraciət prosesinə nəzarət edəcəklər.