Səudiyyə Ərəbistanının kralı Salman antibiotik müalicəsi alır


Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin ağciyər infeksiyası səbəbindən antibiotik müalicəsi aldığı açıqlanıb.



Səudiyyə Ərəbistanı Kral Şurasından verilən açıqlamada, dünən yüksək hərarət və oynaq ağrılarından əziyyət çəkən 88 yaşlı Kral Salmanın Ciddədəki Es-Salam Sarayındakı klinikalarda müayinə olunduğu bildirilib.

Kral Salmanın ağciyər infeksiyası diaqnozu qoyulduğu və Es-Salam sarayında antibiotik müalicəsi aldığı qeyd edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı aprel ayında Kral Faysal Mütəxəssis Xəstəxanasında rutin müayinələrdən keçdikdən sonra evə buraxılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu