Səudiyyə Ərəbistanında daha bir şahzadə həbs olundu




Səudiyyə Ərəbistanında son dövrlərdə həbs olunan şahzadələrin siyahısına biri də əlavə olunub. Bu barədə “Middle East Eye” xəbər yayıb.
[b][/b]
Bildirilir ki, Səudiyyə Ərəbistanında bu dəfə Beyət Şurası (taxta keçəcək vəliəhd şahzadəni təsdiqləməklə vəzifəli qurum) üzvü Məhəmməd bin Saad əl-Səud həbs olunub. O, vəliəhd şahzadə Məhəmməd Bin Salmanın əmisi oğludur.

Həbs barədə hələ ki, rəsmi açıqlama verilməyib.

Agentlik onu da bildirir ki, Məhəmməd Bin Salman noyabr ayında Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi G20 sammitindən əvvəl taxta oturmağı planlaşdırır.

Kral Salmanın səhhətinin getdikcə pisləşdiyi vurğulanan xəbərdə, kralın taxtdan çəkilərək yerinə oğlu - vəliəhd şahzadə Bin Salmanı təyin etmək istədiyi, bunun üçün isə Beyət Şurasının təsdiqinin lazım olduğu bildirilib. Bin Salmanın da bu səbəbdən Şuranı ram etməyə çalışdığı iddia edilir.

Xəbərdə bildirilir ki, indiyə qədər Beyət Şurasından dörd nəfər həbs olunub. Bin Saaddan əvvəl Məhəmməd Bin Nayif, Kral Salmanın qardaşı Əhməd bin Əbdüləziz və Mitəb bin Abdullah saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu