ABŞ hərbçiləri Ukraynaya göndərilə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokrat azlığın lideri Hakim Cefris Amerika qoşunlarının Ukraynaya yeridilməsi şərtini açıqlayıb.
"CBS News" telekanalına müsahibəsində o bildirib ki, Ukrayna məğlub olmaq təhlükəsilə üzləşərsə, ABŞ silahlı qüvvələrindən istifadə edərək münaqişəyə müdaxilə etməli ola bilər.
Konqresmen əlavə edib ki, Respublikaçılar Partiyasında Kiyevi dəstəkləmək istəməyən və Rusiyanı ABŞ-ın düşməni hesab etməyən rusiyayönlü fraksiya var.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Larri Conson deyib ki, Ukraynaya qoşun yeritmək üçün ABŞ-a böyük ordu və bir neçə aylıq ciddi hazırlıq lazımdır. Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etmək üçün ABŞ 5-7 ay ərzində Almaniya və Rumıniyada öz qüvvələrini toplamalı olacaq.