Konqres Ukraynaya həlledici anda F-16 qırıcılarının verilməsinə çalışacaq


ABŞ Konqresi F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı prezident Co Bayden administrasiyasına təzyiqləri davam etdirəcək.


AFN.az xəbər verir ki, bunu "ABC News" telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Maykl Makkal deyib. O, ümid edir ki, respublikaçılar və demokratlar işğalçıların hücumu ərəfəsində Ukraynaya uzaqmənzilli raketlərin və F-16-ların verilməsinə razılıq vermək üçün Ağ Evə təsir göstərə biləcəklər. Makkalın fikrincə, bu silahlar Ukraynada münaqişənin “həlledici və dönüş nöqtəsində” peyda ola bilər.

"Biz onlara həqiqətən istifadə edə biləcəkləri bir şey verəndə qalib gəlirlər. Bu proses nə qədər uzansa, müharibənin o qədər ömrü olacaq. Putinin də istədiyi budur" - deyə konqresmen bildirib.

Makkal, qanunvericilik səviyyəsində Baydenin bu silahları təhvil verməyə necə məcbur edilə biləcəyini də şərh edib. Onun sözlərinə görə, ayırmalar haqqında qanun layihələrində (ayrılmış büdcə vəsaitlərinin maksimum məbləği) silah sistemlərinin prioritetləri açıqlanacaq.

Ötən gün ABŞ prezidenti Co Bayden Ukraynanın indi F-16 qırıcılarına “ehtiyacı olmadığını” bildirib. "ABŞ Kiyevə lazım olanı verir. İndi bunlar tanklar, artilleriya və hava hücumundan müdafiə sistemləridir" - deyə ABŞ prezidenti qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu