Bayden Konqresi "oyun oynamağı dayandırmağa" və Ukraynaya yardımı təsdiq etməyə çağırıb


ABŞ prezidenti Co Bayden Konqresi Ukraynaya yardımda gecikməməyə çağırıb.


AP xəbər verir ki, Konqres qısamüddətli maliyyə paketini qəbul edərək hökumətin bağlanmasının qarşısını aldıqdan sonra Bayden Ruzvelt zalında etdiyi çıxışda "Heç bir halda Amerikanın Ukraynaya dəstəyinin kəsilməsinə icazə verə bilmərik" - deyə bəyan edib.

"Bizim çox vaxtımız yoxdur və biz aktuallıq hiss edirik" deyən ABŞ prezidenti maliyyə ilə bağlı qanun layihəsinin yalnız noyabrın ortalarına qədər davam edəcəyini qeyd edib. O, Konqresi yardım paketini mümkün qədər tez müzakirə etməyə çağırıb: "Hər iki partiyanın böyük əksəriyyəti - Demokratlar və Respublikaçılar, Senat və Nümayəndələr Palatası - Ukraynaya yardımı və Rusiyanın onlara qtdiyinin qəddar təcavüz olduğunu dəstəkləyir. Oyun oynamağı dayandırın, yardımı təsdiqləyin".

Lakin bir çox qanunvericilər etiraf edirlər ki, müharibə uzandıqca Ukraynaya yardımın Konqresdə təsdiqlənməsi getdikcə çətinləşir. Respublikaçıların yardıma qarşı müqaviməti güclənir və ifrat sağçıların müqaviməti nəzərə alınmaqla növbəti addımlar hələ qarşıdadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu