Peskov: Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları təhlükəlidir


Kremlin sözçüsü Dmitri Peskov bildierib ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalının olduğunu təkrar etməsi təhlükəlidir.


Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verərkən Fransanın Ukraynaya qoşun göndərə biləcəyini təkrarlaması ilə bağlı suala belə cavab verib: "Bu bəyanat çox mühüm və təhlükəlidir. Fransa prezidenti tərəfindən təmsil olunan Fransa Ukrayna məsələsinə birbaşa qarışmaq imkanları ilə bağlı bəyanatlar verməkdə davam edir. Bu, çox təhlükəli tendensiyadır. Biz bunu diqqətlə izləyirik. Biz bütün məqsədlərimizə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdiririk və etdirəcəyik”.

Rusiya əsgərlərinin Qərbi Afrikadakı Nigerdəki ABŞ bazasına yerləşdirildiyi xəbərinə işarə edən sözçüsü Peskov, "Müdafiə də daxil olmaqla, müxtəlif Afrika dövlətləri ilə əlaqələrimizi hər sahədə inkişaf etdiririk. Bu dövlətlər və biz bu mövzuda maraqlıyıq. Afrika dövlətləri ilə əlaqələrimizi inkişaf etdirməkdə davam edəcəyik" - açıqlamasını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu