Putin prezidentlik şəhadətnaməsini aldı
Ötən ay Rusiyada keçirilən prezident seçkilərində 87,28 faiz səslə qalib gələn Vladimir Putin seçki şəhadətnaməsini Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovadan alıb.
Kreml Sarayından verilən açıqlamaya görə, Putin Pamfilova ilə ofisində görüşüb. Pamfilova Rusiya Federasiyasının prezidenti seçkilərində qalib gələn Putinə seçki şəhadətnaməsini təqdim edib.
Putin çıxışında həm Mərkəzi Seçki Komissiyasında, həm də yerli işçilərə təşəkkür edərək, “Bu iş çox çətin idi, başa düşürəm. Amma bu, ölkə üçün, dövlətin daxili sabitliyi üçün, xüsusən də bu gün çox vacibdir” ifadələrini işlədib.
Pamfilova həmçinin seçki nəticələrinin çox təəccüblü və görünməmiş olduğunu vurğulayaraq, “Cəmiyyətin görünməmiş şəkildə bütünləşməsi və bunun sadəcə prezident seçkiləri olmadığını, əslində Rusiya uğrunda mübarizənin mühüm mərhələsi olduğunu anlamaq üçün çox vacibdir. " deyib.
Qeyd edək ki, yenidən seçilən Putin daha 6 il vəzifəsində qalacaq. Mayda hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra and içəcək Putin 5-ci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayacaq.