“Əl-Cəzirə”nin qadağan edilməsi intiqam qərarıdır - HƏMAS

HƏMAS Hərəkatı İsrailin Qətərdə fəaliyyət göstərən "Əl-Cəzirə" televiziyasının İsraildə yayımını qadağan etmək qərarını “faktları ört-basdır etmək üçün qisas almaq cəhdi” adlandırıb.
Təşkilatdan verilən açıqlamada İsrail parlamentinin "Əl-Cəzirə"ni qadağan edən qərarı qəbul etməsinə reaksiya veriblər.
Qərarın Netanyahunun törətdiyi dəhşətli cinayətləri və faktları ört-basdır etmək səyi olmasına diqqət çəkən bəyanatda, "Əl-Cəzirə" kanalının qadağan edilməsi qisas qərarıdır" - deyə qeyd edilib.
“Bu qisasçı qərar faşist işğalının jurnalistlərə və xəbər işlərinə tətbiq etdiyi məhdudiyyətlərin, blokadaların və terror hərəkətlərinin, onlara qarşı törədilmiş cinayətlərin və qanun pozuntularının tacıdır”, - deyə bəyanatda bildirilir.
Bundan əlavə, bəyanatda beynəlxalq ictimaiyyət və media qurumlarından sionizmin törətdiyi cinayətləri dünyaya bəyan etmək və qəddar rəftarlarını üzə çıxarmaq üçün işğalçı qüvvələrin niyyətlərini pisləmələri tələb olunub.