Çindən ABŞ-a səyahət edən vətəndaşlarına xəbərdarlıq
Çin ABŞ-a səfər edəcək vətəndaşlarına gözlənilməz vəziyyətlərə hazır olmaları barədə xəbərdarlıq edib.
Çin Xarici İşlər Nazirliyinin "WeChat" hesabında dərc edilən səyahət xəbərdarlığında bəzi çinli tələbələrin və şirkət işçilərinin son vaxtlar ABŞ-dakı hava limanlarında polis tərəfindən qeyri-qanuni sorğu-sual və təqiblərlə qarşılaşdıqları xatırladılıb.
Açıqlamada Çin vətəndaşlarının baqajlarında olan telefon, kompüter və digər əşyaların bir-bir yoxlanıldığı və bəzilərinin ölkəyə girişinin qadağan edildiyi, ABŞ-a yeni səfər edənlərin də oxşar hallarla rastlaşa biləcəyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Çin Xarici İşlər Nazirliyi Vaşinqton səfirliyi və ölkədəki konsulluqlar bu məsələ ilə bağlı ABŞ hakimiyyətinə etiraz ediblər.