Türkiyə Super Kuboku ilə bağlı yekun qərar verildi
Türkiyə Super Kuboku uğrunda keçiriləcək matçla bağlı qərar verilib.
Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi məlumatında bildirilib.
Qeyd edilib ki, görüş aprelin 7-si Şanlıurfa şəhərində təşkil olunacaq. Belə ki, ölkə çempionu “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbaxça” üz-üzə gələcək.
Qeyd edək ki, “Fənərbaxça” Konfrans Liqasında mübarizə apardığı üçün matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya klubun müraciətini qəbul etməyib.