Polşa və Almaniya ərazisində Aİ-nin çevik reaksiya qüvvələrini yerləşdirəcək
Polşa və Almaniya iyul ayına qədər Avropa İttifaqının (Aİ) çevik reaksiya qüvvələrini formalaşdıracaqlar. Bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.
“Polşa və Almaniya Avropadakı çevik reaksiya qüvvələrinə görə məsuliyyəti öz üzərinə götürür”, - bəyanatda deyilir.
Hər ölkənin 2,5 min əsgəri yerləşdirəcəyi gözlənilir. Onlar “Strateji Kompas”a uyğun olaraq tapşırıqları yerinə yetirəcəklər.
Aİ-nin Strateji Kompası 2022-ci ildə Ukraynadakı münaqişəyə cavab olaraq qəbul edilmiş ümumi icma müdafiə strategiyasıdır. Sənədə əsasən, böhran vəziyyətlərinə cavab vermək üçün 5000-ə qədər hərbçinin hipotetik yerləşdirilməsi nəzərdə tutulur.