Polşa: Almaniyanın sərhəddə daimi yoxlamalara başladığı barədə xəbərlər doğru deyil


Polşanın daxili işlər naziri Kaminski bəyan edib ki, ölkəsi ilə Almaniya arasında Şengen sərhədində daimi nəzarətin bərpası ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.


Kaminski alman həmkarı Nensi Fazerlə telefonla danışdıqdan sonra açıqlama verib.

Görüşdə Almaniya-Polşa sərhədindəki vəziyyətin və Balkan yolunda artan miqrasiya təzyiqinin müzakirə edildiyini qeyd edən Kaminski, "Polşa ilə Almaniya arasında Şengen sərhədində daimi nəzarətin bərpası ilə bağlı xəbərlər həqiqəti əks etdirmir" - deyə bildirib. Alman tərəfi yalnız Polşa sərhədində xidmət fəaliyyətinin intensivliyini artırmaq qərarına gəlib.

Polşa və Almaniyanın qeyri-qanuni immiqrasiya ilə mübarizədə daha yaxından əməkdaşlıq edəcəklərini ifadə edən Kaminski, Polşa, Çexiya və Almaniyanın bu məqsədlə xüsusi əməliyyat qrupu quracağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu