Polşa Slovakiya ilə sərhəddə yoxlamalar tətbiq edəcək


Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib ki, ölkəsi Slovakiya ilə sərhəddə müvəqqəti nəzarətin tətbiqinə qərar verib.


Polşanın PAP agentliyinin xəbərinə görə, yoxlamalar 10 gün ərzində aparılacaq, lakin bu müddət uzadıla bilər.

Nazir Kaminski açıqlamasında Slovakiya ilə sərhəddə müvəqqəti yoxlamaların bu gecə yarısından etibarən yenidən başlayacağını bildirib.

Bəzi əcnəbilərin Polşadan keçərək Almaniya və digər Avropa Birliyi ölkələrinə keçdiyini deyən Kaminski, son iki həftədə 551 qeyri-qanuni immiqrantın tutulduğunu qeyd edib.

2022-ci ilin oktyabrında Polşa Belarus sərhədində tikanlı məftillərlə örtülmüş beş metrlik polad hasardan ibarət 186 kilometrlik sədd çəkib, burada minlərlə mühacirin Polşa ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün bu ölkədən miqrasiya təzyiqi artıb.

Bundan əlavə, iyun ayında Polşa-Belarus sərhəd divarına kameralar, termal görmə nəzarəti avadanlığı və sensorlardan ibarət elektron maneə əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu