Toronto polisinin oğrulara qarşı təklifi məsxərəyə qoyulub


Kanadada artan ev və avtomobil oğurluğuna qarşı polisdən fərqli bir təklif gəlib. “Evdə hücuma məruz qalmamaq üçün avtomobilin açarlarını ön qapıda qoy” tövsiyəsi verən polis sosial şəbəkələrdə məsxərəyə qoyulub.



Kanadanın Toronto şəhərində ev və avtomobil oğurluğu artdığı üçün keçən ay Etobicoke bölgəsində təhlükəsizlik toplantısı keçirilib. Bu görüşdə polis məmuru Marco Ricciardi vətəndaşlara ev oğurluğu ilə üz-üzə gəlməmək üçün açarlarını tapa biləcəkləri yerdə saxlamağı təklif edib.

"Öz evinizdə hücuma məruz qalmaq istəmirsinizsə, açarlarınızı ön qapıda saxlayın, çünki onlar sizin avtomobilinizi oğurlamaq üçün evinizə soxulurlar, başqa heç nə istəmirlər. Onların əksəriyyətində əsl silah var və güllə yüklüdür, bunlar oyuncaq deyil”.

Bu sözlər sosial şəbəkədə əksini tapanda çoxlu sayda insan polisə sərt reaksiya verib. Əvvəllər Twitter kimi tanınan X-ə yazan bir şəxs, "Bu məsləhət qəribədir. Niyə açarlarımızı qapının arxasında qoymuruq? Yaxud daha yaxşısı, onları maşının üstündə qoyaq" deyib.

Başqa biri deyib ki, "Uğursuz ştatlarda belə dəlilik olur. Ay uşaqlar, maşınlarınızın oğurlanmasını asanlaşdıra bilərsiniz ki, evinizə girməsin? Sağ olun".

Toronto polisi bu yazılarla X-də trend mövzusu olub. Minlərlə paylaşımda qəzəbli ifadələr işlədilib.

Çərşənbə günü rəsmi açıqlamada Toronto polisi məmurun mübahisəli məsləhətindən kənar tədbirlər görülə biləcəyini vurğulayıb. Mümkünsə avtomobillərin qarajda saxlanması, təhlükəsizlik kamerası dəstəyi, tətilə gedərkən sosial mediada elan edilməməsi kimi tədbirlər sıralanıb.

Statistikalar göstərir ki, Böyük Toronto bölgəsində avtomobil oğurluğu 2023-cü ildə əvvəlki illə müqayisədə 25 faiz artıb. Bundan əlavə, bu dövrdə ev oğurluqlarının artması 400 faizə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu