ABŞ-da avtomobil sürücüsünün polisdən qaçması nəticəsində baş verən qəzada 8 nəfər ölüb


ABŞ-ın Texas ştatında 5 qeyri-qanuni mühaciri daşımaqda şübhəli bilinən avtomobil sürücüsünün polisdən qaçarkən törətdiyi qəzada 8 nəfər ölüb.



Texas ştatının İctimai Təhlükəsizlik Departamenti qəzanın yerli vaxtla saat 06:30 radələrində Cənubi Texas şossesində baş verdiyini bildirib.

Səlahiyyətlilər qeyd edib ki, 5 qeyri-qanuni mühaciri daşımaqda şübhəli bilinən avtomobilin sürücüsü polisdən qaçmaq istəyərkən qarşı zolaqdan gələn avtomobilə çırpılıb.

Polis qüvvələrinin paylaşdığı fotoşəkillərdə iki avtomobildən birinin yandığı görünərkən, avtomobillərdə olan sürücülər də daxil olmaqla 8 nəfərin həyatını itirdiyi açıqlanıb.

Departamentin sözçüsü Kristofer Olivarez ölənlərin bəzilərinin Honduras vətəndaşları olduğu barədə məlumat paylaşıb.

Qəzanın təfərrüatları və ölənlərin kimliyi ilə bağlı açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu