Hindistanın şimalında mədrəsə və məscidin sökülməsi ilə bağlı baş verən qarşıdurmalarda 4 nəfər ölüb


Hindistanın şimalındakı Uttarxand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi ilə bağlı yerli sakinlər ilə polis arasında toqquşma nəticəsində 4 nəfər ölüb, 250-dən çox insan yaralanıb. Bu barədə yerli polis məlumat yayıb.



Qarşıdurma cümə axşamı axşam saatlarında bir qrup dövlət məmuru polisin müşayiəti ilə rəhbərliyin və məhkəmənin tikintisini qeyri-qanuni elan etdiyi mədrəsə və yaxınlıqdakı məscidi sökməyə başlayanda baş verib. Bu addım rayon sakinlərinin şiddətli müqaviməti ilə qarşılaşıb. Onlar polisə daş atmağa başlayıblar. Polis idarəsinin yaxınlığında odlu silahdan istifadə və nəqliyyat vasitələrinin yandırılması barədə məlumat verilib.

"Hadisə yerinə gələn əlavə qüvvələr gözyaşardıcı qazdan istifadə ediblər. Buna baxmayaraq onlar hücuma məruz qalıb, polis bölməsi dağıdılıb və iğtişaşçılar stansiyanın içərisində polis məmurlarını yandırmağa cəhd ediblər”, - deyə Nainital rayon hakimi Vandana Sinq bildirib.

Şəhərdə iğtişaşları yatırtmaq üçün komendant saatı tətbiq edilib və internet xidmətləri dayandırılıb. Yerli hakimiyyət məktəbləri və kollecləri bağlamaq qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu