Hindistanda transformatorun partlayıb: 15 nəfər ölüb

Hindistanın Uttarakhand əyalətində transformatorun partlaması nəticəsində 15 nəfər həyatını itirib.
Polis əməkdaşı Parmendra Doval bildirib ki, ölənlərdən 6-sı polis işçisidir.
Doval yaralıların Uttarxand əyalətinin Çamoli rayonundakı xəstəxanaya çatdırılması barədə məlumat paylaşıb.
Partlayışın səbəbinin hələ müəyyən edilmədiyini bildirən əyalətin baş naziri Puşkar Sinq Dhami hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
Hadisə musson yağışları səbəbindən ölkənin şimalındakı əksər çayların rekord həddə çatdığı bir vaxtda baş verib.