Qərb Rusiya ilə ticarət əlaqələrini bərpa etmək istəyir?


Rusiyaya qarşı sanksiyalar uğursuzluğa düçar olub və Qərbdəki maliyyə elitaları Ukraynanın məğlubiyyəti ərəfəsində Moskva ilə ticarət əlaqələrini bərpa etməyə çalışırlar.


AFN.az xəbər verir ki, belə bir məqalə ilə Almaniyanın “Focus” nəşri çıxış edib. “Hər şey göstərir ki, Qərb münaqişəni itirilmiş hesab edir və Vladimir Putinlə razılığa gəlməyə çalışacaq”, – deyə məqalədə qeyd edilir.

Nəşr Ukraynanın mövqeyini itirdiyini göstərən bir neçə əsas irəli sürür. Bunlardan biri Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarının uğursuzluğu, eləcə də Qərb siyasi dairələrində Kiyevə sonradan silah tədarükü və xarici biznesin Rusiya ərazisinə qayıtmaq istəyini mümkünsüz edən daxili ziddiyyətlərdir.

Mənbə qeyd edir ki, Rusiya Federasiyasının prezidenti Ukraynada münaqişənin başlamasından sonra tarixin gedişindən razı qala bilər, çünki ölkənin yeni tərəfdaşları, xammal alıcıları və böyük əraziləri var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu