Putindən "dost olmayan ölkələr"lə bağlı yeni qərar


Rusiya prezidenti Vladimir Putin qərb dövlətləri ilə vergi müqavilələrində "dost olmayan ölkələr" adlandırılan bəzi müddəaları ləğv edib.


Rusiya prezidentinin imzaladığı qərara əsasən, qeyri-dost ölkələrlə əldə olunan gəlirlərə və aktivlərə ikiqat vergitutmanı əhatə edən sazişlərin müddəaları ləğv edilib.

Rusiya hökumətinə sözügedən müddəaların ləğvinin iqtisadiyyata təsirini azaltmaq tapşırıldığı fərmanda Rusiya Xarici İşlər Nazirliyinə də ləğvetmələr barədə lazımi məlumatları müvafiq ölkələrə təqdim etmək tapşırılıb.

Qərb ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq etdiyi halda, Rusiya da bu ölkələrə qarşı sanksiyalar tətbiq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu