OPEC 2024-cü il üçün iqtisadi artım proqnozunu yüksəltdi


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illər üçün qlobal neft tələbi ilə bağlı güclü artım gözləntilərini qoruyub saxlasa da, bu il üçün iqtisadi artım proqnozunu artırıb.



OPEC bu gün dərc etdiyi aylıq hesabatında qlobal neft tələbinin 2024-cü ildə gündəlik 2,25 milyon barel, 2025-ci ildə isə 1,85 milyon barel artacağı ilə bağlı proqnozunu dəyişməyib.

OPEC iqtisadi artımda 2023-cü ilin sonuna doğru başlayan güclü dinamikanın 2024-cü ilin birinci yarısında da davam edəcəyini və 2024-cü il üçün iqtisadi artım proqnozunu 0,1 bənd artıraraq 2,8%-ə çatdırdığını bildirib.

OPEC 2025-ci il üçün iqtisadi artım proqnozunu 2,9% səviyyəsində sabit saxlayıb. Ötən ay dərc etdiyi aylıq hesabatda OPEC 2024 və 2025-ci il üçün iqtisadi artım proqnozlarını 0,1 bənd artırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu