Bu səhər Livandan İsrailə 100-ə yaxın raket atılıb
Bu səhər Livan ərazisindən iki ayrı hücumda İsrailə 100-ə yaxın raket atıldığı bildirilib.
İsrail ordusu gecə yarısından sonra Livanda Hizbullaha aid olduğu iddia edilən iki ayrı yerə hücum edildiyini bildirib. Hədəf edilən yerlərin Beka vadisində yerləşdiyi və “Hizbullahın hava qüvvələri”nə aid hədəflər olduğu bildirilib. İsrail mənbələri səhər saatlarında Livandan İsrailin şimalına iki ayrı raket hücumu həyata keçirildiyini qeyd edib.
Hücumlarda 100-ə yaxın raket atıldığı bildirilsə də, can itkisi ilə bağlı məlumat verilməyib.
İsrail ordusu bu gün səhər saatlarında bir müddət əvvəl işğal altında olan Qolan təpələrinə raket zərbələri endirilən 3 ayrı yerin döyüş təyyarələri tərəfindən vurulduğunu bildirib.