Hizbullah Aruri sui-qəsdinə cavab olaraq İsrail bazasına 60-dan çox raket atdığını açıqladı
Livandakı Hizbullah Hərəkatı HƏMAS-ın Siyasi Büro rəhbərinin müavini Salih əl-Arurinin öldürülməsinə cavab olaraq sərhəddəki İsrail ordusuna məxsus hərbi bazaya 60-dan çox raket atdığını açıqlayıb.
Bildirilib ki, Livan ərazisindən İsrailə doğru çoxlu raketlər atılıb. İsrail ordusu cavab verib və hücumu həyata keçirən “qrupu” hədəf alıb.
İsrail ordusundan verilən açıqlamada Livandan Meron bölgəsinə 40-a yaxın raket atılması səbəbilə İsrailin şimalında həyəcan siqnallarının çaldığı bildirilib.
Hücumdan sonra raketləri atan qrupun İsrail ordusunun hədəfində olduğu qeyd edilib.