Texnologiya şirkətlərində ixtisarlar 2024-cü ildə də davam edir
Son zamanlar qlobal miqyasda artan texnologiya şirkətlərində ixtisarlar 2024-cü ilin ilk 2 ayında da davam edib. İşdən çıxarılmalarda süni intellektin təsirli olduğu müşahidə edilib.
COVID-19-un başlanğıcından bəri texnologiya dünyasında işdən çıxarılmaları izləyən Layoffs.fyi saytından toplanan məlumata görə, texnologiya şirkətlərində işdən çıxarılmalar keçən ilə nisbətən daha yavaş olsa da, davam edir.
Google, Microsoft və Amazon da daxil olmaqla şirkətlər bu il işçilərini ixtisar etməyə davam edib.
Layoffs.fyi məlumatlarına görə, 191 texnologiya şirkəti ilin ilk 2 ayında 49 min 736 nəfəri işdən çıxarıb. Ötən ilin eyni dövründə təxminən 130 min adam işdən çıxarılmışdı. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixtisarların 61 faiz azaldığı müşahidə edilib. 2023-cü ildə texnologiya şirkətlərində işdən çıxarılanların sayı 263 min nəfərə olub.
İşdən çıxarılmalar sektorlar üzrə araşdırıldığında ən çox işdən çıxarılma 6 min 916 nəfərlə pərakəndə sektorda fəaliyyət göstərən texnologiya şirkətlərində baş verib. İkinci yerdə 6 min 490 nəfərlə istehlak sektoru, üçüncü yerdə isə 4 min 335 nəfərlə maliyyə sektoru qərarlaşıb.
Mənbə: AA