Google İsrailə etiraz edən əməkdaşını işdən çıxardı
ABŞ-ın texnologiya şirkəti "Google"un Nyu Yorkda təşkil etdiyi texnologiya tədbirində İsrailə etiraz edən mühəndisini işdən çıxardığı öyrənilib.
"Google" sözçüsü açıqlamasında bildirib ki, bu həftənin əvvəlində bir işçi şirkətin sponsorluq etdiyi rəsmi tədbirə müdaxilə edib və həmkarının təqdimat keçirməsinə mane olub.
“Məsələdən asılı olmayaraq, bu davranış qəbuledilməzdir və işçi siyasətlərimizi pozduğuna görə işdən çıxarılıb”, - deyə məlumatda bildirilir.
Bazar ertəsi Nyu Yorkda keçirilən tədbirdə "Google Cloud" mühəndisi İsrailli bir idarəçinin çıxışını dayandıraraq, "Mən soyqırımı, aparteid və ya nəzarəti gücləndirəcək texnologiya istehsal etməkdən imtina edirəm" sözlərini deyib.
Mənbə: AA