CENTCOM: "Husilərin hücumuna məruz qalan ticarət gəmisində 3 nəfər ölüb, 4 nəfər yaralanıb"
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin dünən yerli vaxtla saat 11.30 radələrində M/V True Confidence ticarət gəmisinə ballistik raketlə hücum etdiyini və hücum nəticəsində 3 ekipaj üzvünün həlak olduğunu, 4 nəfərin isə yaralandığını açıqlayıb.
CENTCOM-un verdiyi açıqlamada, martın 6-da saat 11:30 radələrində Ədən körfəzindən keçən Liberiyanın Barbados bayraqlı, M/V True Confidence yük daşıyıcısına gəmi əleyhinə ballistik raket atıldığı bildirilib. Raket gəmiyə dəyib və çoxmillətli ekipajdan 3 nəfərin öldüyü, ən azı 4 nəfərin yaralandığı, onlardan 3-nün vəziyyətinin ağır olduğu, gəmiyə ciddi ziyan dəydiyi qeyd edilib. Ekipajın gəmini tərk etdiyi və koalisiya hərbi gəmilərinin gəmiyə müdaxilə edərək vəziyyəti dəyərləndirməyə başladığı vurğulanıb.
Mənbə: DHA