Rusiya 6 ay müddətinə benzin ixracına qadağa qoydu


Rusiya hökuməti martın 1-dən başlayaraq 6 ay müddətinə benzin ixracına qadağa qoyub.



Rusiya hökumətindən verilən açıqlamada ölkənin yanacaq bazarında sabitliyin qorunub saxlanılması üçün tədbirlərin görüldüyü və bu çərçivədə 1 mart tarixindən etibarən benzin ixracının 6 ay müddətinə qadağan edildiyi bildirilib. Bu qərarın yalnız Avrasiya İqtisadi Birliyi ölkələrinin hökumətlərarası razılaşmalarla daşımalarına aid edilmədiyi qeyd edilib.

Baş nazirin müavini Aleksandr Novak dünən deyib ki, benzin ixracına qoyulan mümkün qadağa nəzərdə tutulduğundan daha tez aradan qaldırıla bilər.

Rusiyada benzin və dizelin qiymətinin artması ilə əlaqədar olaraq 2023-cü ilin sentyabrında benzinin ixracına qadağa qoyulub, təxminən 2 ay sonra isə qadağa götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu