Ukraynadan qaz ixracına müvəqqəti qadağa qoyulub


Ukrayna Energetika Nazirliyinin qərarı ilə martın 3-də ölkədə hərbi əməliyyatlarla əlaqədar məhdudiyyətlər tətbiq edilib.


AFN.az TASS-a istinadən xəbər verir ki, qərarla Ukrayna “gömrük anbarı” rejimində yeraltı qaz anbarlarında (QQS) saxlanılan qaz da daxil olmaqla, öz ərazisindən qazın ixracına müvəqqəti qadağa qoyub. Bu barədə Ukraynanın yeraltı qaz anbarlarının operatoru “Ukrtransqaz”ın baş direktorunun səlahiyyətlərini icra edən Sergey Pereloma bildirib.

"Ukraynanın Energetika Nazirliyi bazar iştirakçılarına dövlətimizin gömrük ərazisindən təbii qaz ixracını qadağan edib. Bu, Ukraynanın yeraltı qaz anbarlarında "gömrük anbarı" rejimində saxlanılan qaza da aiddir", - deyə o, özünün feyzbuk səhifəsində yazıb. S.Pereloma vurğulayıb ki, məhdudiyyətlər Ukrayna ərazisində hərbi əməliyyatların aparılması ilə əlaqədar martın 3-də Energetika Nazirliyinin əmri ilə tətbiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu