Hizbullahın daha 1 üzvü öldürüldü

Hizbullah Hərəkatı Livanın cənubunda İsrail ordusu ilə toqquşmalarda daha bir üzvünün öldürüldüyünü açıqlayıb.
Açıqlamada Mahmud Əli Həmmud adlı üzvün öldürüldüyü bildirilib.
Bununla da 2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan Hizbullah üzvlərinin sayı 220-yə yüksəlib.
Bundan əlavə, toqquşmalarda 45 livanlı mülki şəxs, 11 Amal Hərəkatı, 12 Həmas və 12 İslami Cihad üzvü, həmçinin 6 mülki İsrail vətəndaşı və 11 əsgər həlak olub.