Nigeriyada iki mərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb
Milli mətbuatda yer alan xəbərlərə görə, Anambra əyalətinin qubernatoru Çarlz Soludo ölkənin cənubundakı bazar yerindəki iki mərtəbəli binanın çökdüyünü açıqlayıb.
Vakli Soludo binanın çökməsi nəticəsində ilkin təsbitlərə görə 5 nəfərin həyatını itirdiyi barədə məlumat paylaşıb.
Dağıntılar altından 26 nəfərin xilas edildiyini bildirən Soludo, xilasetmə işlərinin davam etdiyini bildirib.
Bildirilib ki, bina rayonlaşdırma şəhərsalama qaydalarına uyğun tikilmədiyi üçün uçub.