Papa uşaq istismarına məhəl qoymadığı iddia edilən arxiyepiskopun istefasını qəbul edib


Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk "uşaqlara qarşı zorakılığı ört-basdır etdiyi" iddia edilən Polşa arxiyepiskopu Anjey Dzieqanın istefasını qəbul edib.



Vatikan məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Papa Fransisk arxiyepiskop Anjey Dzieqanın Şeçin-Kamien arxiyepiskopu vəzifəsindən istefasını qəbul edib.

Polşanın TVN24 kanalı tərəfindən 2021-ci ildə yayımlanan sənədli filmdə, o zaman dünyasını dəyişən keşiş Anjey Daymerin uşaqlara təcavüz etdiyi və onun bağlı olduğu Şeçin-Kamien yeparxiyasının arxiyepiskopu Anjey Dzieqanın 1995-ci ildən bu yana sui-istifadədən xəbərdar olduğunu, lakin barəsində heç bir tədbir görmədiyi ifadə edilib.

Yerli mətbuatda bildirilirdi ki, Daymer 2008-ci ildə kilsə məhkəməsi tərəfindən uşaqlara cinsi zorakılıq etməkdə təqsirli bilinib və Dymer apelyasiya şikayəti versə də, ölümündən əvvəl ərizəsinə baxılmayıb.

2022-ci ilin dekabrında hollandiyalı jurnalist 2005-ci ildə vəfat edən Papa II İoann Pavelin katolik kilsəsinin başçısı olmamışdan əvvəl yepiskop olduğu Polşanın Krakov şəhərində onun hakimiyyəti altında olan bəzi keşişlərin uşaq istismarına məhəl qoymadıqlarını qeyd etmişdi.

The New York Times qəzetinin yazdığına görə, 2021-ci ildə Polşa Katolik Kilsəsi 2018-ci ilin iyulundan 2020-ci ilin sonuna qədər 368 uşağa qarşı zorakılıqla bağlı şikayətlər aldığını etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu