Rusiyaya ağır zərbə: yüksək vəzifəliləri öldürüldü


Rusiyanın nəzarətində olan Lisiçanskda kafeyə hücum zamanı “Luqansk Xalq Respublikasının fövqəladə hallar naziri” Aleksey Potelesçenko həlak olub.


Ölkə.az xəbər verir ki, bu barədə “LXR”nin rəhbəri Leonid Paseçnik öz teleqramında məlumat verib.

Hadisə Fevralın 3-də Lisiçanskda “Adriatica” kafesində deputat İvan Juşmanın ad günündə olub. Kafeyə hücum zamanı "FHN" rəhbəri Potelesçenko digər qonaqlarla birlikdə içəridə olub.

Jurnalist Denis Kazanskinin verdiyi xəbərə görə, hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin rəhbərləri, “prokurorlar”, “deputatlar” və Liçiska rayonun rəhbərliyi kafedə olub.

Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində 28 nəfər həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu