İngiltərə Mərkəzi Bankı HSBC-ni 57,4 milyon funt sterlinq cərimələyib
İngiltərə Mərkəzi Bankı (BoE) HSBC-ni əmanətlərin qorunması, identifikasiyası və bildirişindəki uğursuzluqlara görə 57,4 milyon funt sterlinq məbləğində cərimələyib.
BoE-dən verilən açıqlamaya görə, HSBC Bank və HSBC UK Bankın uzun illər əmanətçilərin mühafizəsi qaydalarında tələbləri lazımınca yerinə yetirmədiyi müəyyən edilib.
Müəyyən edilib ki, HSBC Bank 2015-2022-ci illərdə, HSBC UK Bank isə 2018-2021-ci illərdə bu tələbləri yerinə yetirə bilməyib.
Beləliklə HSBC əmanətlərin qorunması, identifikasiyası və bildirişi ilə bağlı uğursuzluqlara görə 57,4 milyon funt sterlinq məbləğində cərimələnib.
Cərimə BoE daxilində Prudensial Tənzimləmə Təşkilatı (PRA) tərəfindən indiyə qədər tətbiq edilən ikinci ən yüksək cərimə olub.