“Bayraktar Holding”in Azərbaycandakı şirkəti ləğv olunur
“Bayraktar Holding”ə məxsus şirkət Azərbaycan bazarını tərk edir.
“Ölkə.Az”ın məlumatına görə, “Bayraktar Grup Sağlık Turizm Limited” şirkətinin Azərbaycan fililalı ləğv olunur.
Şirkətin kreditorları 2 ay ərzində tələblərini AZ1007 BAKI şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 17 ünvanına bildirə bilərlər.
“Bayraktar Grup Sağlık Turizm Limited” şirkətinin Azərbaycan fililalı 26.05.2023 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ədalət Hüseynov Nadir oğludur.