2 məşhur xarici şirkət Azərbaycanla vidalaşdı
Azərbaycanda daha iki xarici şirkətin nümayəndəliyi bağlanıb.
Qaynarinfo xəbər verir ki, Birləşmiş Krallığın məşhur "Doosab Babcock Limited” şirkətinin Azərbaycandakı filialı və Hollandiyanın böyük əczaçılıq şirkəti olan "Astellas Pharma Europe B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində müvafiq olaraq tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 25E ünvanına və Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, mənzil Hyatt Tower 2, 6-cı mərtəbə ünvanına bildirə bilərlər.
"Doosab Babcock Limited” şirkətinin Azərbaycandakı filialı və "Astellas Pharma Europe B.V” şirkətinin nümayəndəliyi Azərbaycanda 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Britaniya şirkətinin Azərbaycandakı qanuni təmsilçisi Peter Flockhart, Hollandiya Şirkətinin qanuni təmsilçisi isə Dejan Jovanovic olub.