Qəfəsdən qaçan siçan işçinin kürəyində "gizləndi"


Çində tədqiqat laboratoriyasında qəfəsdən qaçan siçan texniki işçiyə çətin anlar yaşadıb. Siçan texniki işçinin kürəyinə çıxıb və dəqiqələrcə diqqətdən kənarda qalıb.


Şanxaydakı bir laboratoriyada baş verən hadisədə texniki işçi Tian Yongyi siçanları çəkmək üçün heyvanları qəfəsdən çıxarıb. Bu vaxt üç siçan kiçik qəfəsdən atılaraq qaçıb. Laboratoriyanın təhlükəsizlik kamerasına düşən hadisədə texniki işçinin panikaya düşərək siçanları tutmağa çalışdığı görünür.

8 yanvar tarixli videoda siçanlardan birinin işçinin belinə dırmaşaraq bir müddət qaçmağı bacardığını görmək olar. Bununla belə, Tian sonda qoruyucu kostyumunda siçanı görür və onu tutur.

Xarici mətbuatda yer alan xəbərlərdə “Tom və Cerridən bir səhnə” olaraq xarakterizə edilən hadisənin baş verdiyi laboratoriyada nələr üzərində iş aparıldığı barədə məlumat paylaşılmayıb.

"Daily Mail" öz xəbərlərində iki həftə əvvəl Çində GX_P2V adlı yeni növ koronavirus haqqında dərc edilən araşdırmanı xatırladıb.

Yanvarın 4-də nəticələri dərc edilən araşdırmada çinli elm adamları geni dəyişdirilmiş siçanlar üzərində apardıqları təcrübələrdə virusun yüz faiz öldürücü olduğunu müəyyən ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu