Yaponiyada şimpanze qəfəsindən qaçaraq heyvanxana işçisini dişləyib - VİDEO
Yaponiyada Osakadakı Tennoji zooparkından şimpanzenin qaçması nəticəsində bir nəfər yaralanıb.
Bu barədə “The Japan News” məlumat yayıb.
Primat qəfəsdən qaçıb, nəticədə zoopark ziyarətçiləri təcili təxliyə edilməli olub.
15 dəqiqə ərzində qoruğun əməkdaşları şimpanzenin yerini müəyyənləşdirə biliblər. O, trankvilizatorlardan istifadə edərək bir müddət hərəkətsiz hala salına bilib.
Qaçan meymun onu tutmaq istəyən zoopark əməkdaşlarından birinin üzünü dişləyib.
Sentyabrın 29-da Nyu-Yorku bürüyən leysan yağışları zamanı Salli adlı dişi dəniz aslanı şəhəri suyun basmasından istifadə edərək öz yuvasından çıxmışdı. Həmin vaxt da park ziyarətçiləri üçün təhlükəli durum yaranmışdı.