"Neuralink"in beyninə çip qoyduğu ilk insan düşünərək siçan kursorunu hərəkət etdirə bilib


Beyin çipləri hazırlayan "Neuralink" şirkətinin qurucusu İlon Mask beyninə çip taxılan ilk insanın tam sağaldığını və düşünərək kompüterin kursorunu hərəkət etdirə bildiyini açıqlayıb.


Mask X-də "Space" proqramında verdiyi açıqlamada deyib: “Proses yaxşı gedir. Xəstənin tam sağaldığı görünür. Xəstə düşünərək siçan kursorunu hərəkət etdirə bilir".

Maskın açıqlamasına görə, "Neuralink" xəstənin siçan kursorunu mümkün qədər hərəkət etdirə bilib-bilmədiyini görmək istəyir.

ABŞ Qida və Dərman İdarəsi (FDA) keçən ilin may ayında "Neuralink"in beyin implantının insanlarda sınaqlarına başlamasına icazə verib.

FDA-dan verilən icazə, xəstələrə insult və bir sıra nevroloji xəstəliklərin öhdəsindən gəlməyə kömək etmək məqsədi daşıyan şirkət üçün dönüş nöqtəsi olub.

"Neuralink" sentyabr ayında insanlar üzərində sınaq üçün icazə aldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu