Yunanıstanda Baş Qərargah rəisi və hərbi qüvvələr komandanları dəyişib


Yunanıstanda 4 illik səlahiyyət müddəti başa çatan Baş Qərargah rəisi Konstantinos Florosun yerinə Xüsusi Hərb Departamentinin rəisi Dimitris Hupis təyin edilib.



Yunanıstan Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Milli Təhlükəsizlik Hökuməti Şurası Baş nazir Kiryakos Mitsotakisin başçılığı ilə Baş Qərargah Rəisi, Quru Qoşunları Komandanı, səlahiyyət müddəti başa çatan Hərbi Dəniz Qüvvələrinin komandanı və Hərbi Hava Qüvvələrinin komandanı yerinə yeni adların müəyyənləşdirilməsi gündəmində toplanıb.

Şuranın verdiyi qərarla Baş Qərargah rəisi vəzifəsinə Dimitris Hupis, Quru Qoşunları komandanı olaraq Yorgos Kostidis, Dəniz Qüvvələri komandanı olaraq Dimitrios Evangelos Kataras, Hərbi Hava Qüvvələri komandanı isə Dimosthenis Qriqoriadis təyin edilib.

Qərardan sonra açıqlama verən Mitsotakis Florosun həm milli, həm də beynəlxalq aləmdə çətin bir geosiyasi dövrdə Baş Qərargah vəzifəsini icra etdiyini, təbii fəlakətlər və xüsusi ehtiyaclar zamanı da ölkəyə xidmət etdiyini bildirib.

1965-ci ildə anadan olan Hupis 2022-ci ildə Egey adalarını qorumaq üçün qurulan Daxili İşlər və Adalar Ali Hərbi Komandanlığının (ASDEN) komandanı vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu