"Politico": Aİ husilərin hücumlarına qarşı Qırmızı dənizə döyüş gəmiləri göndərmək istəyir


Avropa İttifaqı (Aİ) husilərin hücumları ilə mübarizə aparmaq üçün Qırmızı dənizə ən azı 3 hərbi gəmi göndərməyi planlaşdırır.


Bu haqda məlumatı yayan "Politico" AB Xarici Əlaqələr Xidmətinə aid sənədə əsaslanaraq bildirir ki, qurum"Qırmızı dənizdən körfəzə qədər daha geniş bir ərazidə fəaliyyət göstərəcək yeni bir Aİ əməliyyatı qurmağı hədəfləyir.

Fevral ayının sonunda başlaması gözlənilən əməliyyat çərçivəsində bölgəyə ən azı bir il müddətində çox missiya qabiliyyətinə malik ən azı 3 döyüş gəmisinin göndəriləcəyi iddia edilib.

Fransanın liderliyində həyata keçirilən ortaq müşahidə əməliyyatı Agenor əsasında qurulacaq əməliyyata AB ölkələri Belçika, Danimarka, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Norveç və Portuqaliyanın da qatılacağı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu