Avropa Şurasının baş katibi dəyişəcək


Avropa Şurasının hazırkı Baş katibi, Xorvatiya nümayəndəsi Mariya Peyçinoviç-Buriç təşkilatın qaydalarına uyğun olaraq hüququ olduğu ikinci müddətə xidmət etməmək qərarına gəlib.



Bu barədə “European Truth” qəzeti öz mənbələrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, AŞPA-nın yay sessiyasında seçiləcək qurumun yeni baş katibi oktyabrda işə başlamalıdır.

Avropa Şurasına üzv dövlətlər üçün bu vəzifəyə namizədlərlə bağlı müraciət müddəti yanvarın 10-da başa çatıb.

“Avropa Pravda”nın mənbələri bildirib ki, Avropa Şurası Nazirlər Komitəsində üç namizəd qeydə alınıb. Onlar İndrek Saar – estoniyalı siyasətçi və aktyor, keçmiş mədəniyyət naziri və Estoniya Sosial Demokratlar Partiyasının keçmiş lideri, Didye Reynders – indiki Belçikadan olan Avropa komissarı və Alain Berset - İsveçrəli siyasətçi, sosial demokrat, 2023-cü ilə qədər İsveçrənin prezidentidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu