Avropa Şurası Ermənistan və Azərbaycanla danışıqlara başlayıb
“İki ölkə arasında qarşılıqlı etimadın yaradılması üçün Azərbaycan və Ermənistan ilə danışıqlara başlamışıq”.
Bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı deyib.
M.Buriç demokratik təhlükəsizliyin təmin olunması məqsədilə həll olunmamış münaqişələr üzrə dialoqda iştirakda Avropanın vacib rolunu qeyd edib. O, həmçinin Avropa Şurası strukturlarının həmin bölgələrə maneəsiz girişinin vacib olduğunu da bildirib.