ABŞ Qırmızı dənizdə iki neft tankerinə hücumda Husiləri günahlandırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı X sosial şəbəkəsindəki səhifəsində husiləri pilotsuz uçuş aparatlarından istifadə edərək Qırmızı dənizdə Norveç və Hindistan bayrağı altında üzən iki neft tankerinə hücum etməkdə ittiham edib.
"Təxminən saat 20:00-da ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizin cənubunda yerləşən iki gəmidən hücuma məruz qaldıqları barədə məlumat alıb", - məlumatda deyilir.
Bildirilib ki, hər iki gəmi heyətinin üzvlərindən heç biri xəsarət almayıb.