Şimali İraqda 3 türk hərbçisi şəhid olub, 4 nəfər isə yaralanıb


Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücumda 3 əsgərin şəhid olduğunu, 4 əsgərin isə yaralandığını açıqlayıb.


Terrorçuların qaçış istiqamətlərinə qarşı həyata keçirilən hava əməliyyatlarında ilkin təsbitlərə görə 4 terrorçu zərərsizləşdirilib.

"Bu gün İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücum və sonrakı təmasda 3 qəhrəman yoldaşımız şəhid olub, 4 qəhrəman yoldaşımız isə yaralanıb. Separatçı terrorçulara qarşı əməliyyatlar davam edir. Müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatları həyata keçirilir. İlkin təsbitlərə görə, 4 terrorçu zərərsizləşdirilib" - deyə nazirliyin açıqlamasında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu