ABŞ Yaponiyanın atom bombası ilə məşhur olan aviabazasını bərpa edəcək


ABŞ Hərbi Hava Qüvvələri və ABŞ Ordusu Mühəndislər Korpusu 1945-ci ildə B-29 Bockscar bombardmançı təyyarəsinin Yaponiyanın Naqasaki şəhərinə atom bombası atdığı Tinian adasındakı Şimal aerodromunu tezliklə bərpa edəcək.


Bu barədə ABŞ-ın Sakit Okean Hərbi Hava Qüvvələrinin komandanı, general Kennet Vilsbax “Nikkei Asia” nəşrinə müsahibəsində bildirib.

Vilsbax dəqiqləşdirib ki, hazırda Mariana arxipelaqında yerləşən adanın ərazisi cəngəlliklərlə örtülüb, ona görə də hərbi obyektin bərpasının birinci mərhələsi təmizlənmə və uçuş-enmə zolağının tikintisinə hazırlıq olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu